EN

Toyota ikinci maliyyə rübündə xalis mənfəətini 1,6 dəfə artırıb.

Finss.az xəbər verir ki, Yaponiya avtomobil istehsalçısı Toyota Motor Corp. maliyyə ilinin ikinci rübündə xalis mənfəətini 1,6 dəfə, gəlir isə 8,2% artırıb.

Toyota, ABŞ tariflərinin mənfi təsirinə baxmayaraq, cari maliyyə ili üçün proqnozunu yaxşılaşdırıb.

Şirkətin mətbuat açıqlamasına görə, iyul-sentyabr ayları üçün xalis mənfəət ötən ilin eyni dövründəki 573,7 milyard yenlə müqayisədə 932 milyard yen (6,07 milyard dollar) təşkil edib. Quick tərəfindən sorğu edilən analitiklər arasında bu rəqəm üçün konsensus proqnozu 801,13 milyard yen olub.

Toyota-nın rüblük gəliri bir il əvvəl 11,44 trilyon yenən 12,38 trilyon yenə yüksəlib. Avtomobil satışları 3% artaraq 2,814 milyon ədədə çatıb.

Chosen
103
fins.az

1Sources